Bakıda banka basqın oldu (FOTO)
Bakının Binəqədi rayonunda banka basqın edilib.
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, naməlum şəxs rayonun Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən "DəmirBank"dan oğurluq etmək istəyib. Bankın arxa tərəfində olan tikilinin üstünə çıxan oğru bankın pəncərəsini sındırıb. O, içəri daxil olanda mühafizə xidmətinin siqnalizasiyası işə düşüb.
Oğru bankın birinci mərtəbəsinə düşəndə hadisə yerinə mühafizə polislərinin gəldiyi görüb, qaçmağa başlayıb. Lakin uzağa qaça bilməyib. Polis əməkdaşları onu yaxalayıb. Hadisə yerinə baxış zamanı oradan dəmir ling aşkarlanıb.
Saxlanılan şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılıb.
Faktla əlaqədar başlanan araşdırmalar davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Sabunçu rayonunda dəhşətli faciə (+18 video)
Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "Qağayı” Gənclər Düşərgəsində dəhşətli faciə hadisə baş verib. BAKU.WS, azxeber.com-a istinadən xəbər verir...