Beynəlxalq Bankın filiallarında terror aktı təhlükəsi
Azərbaycanın Beynəlxalq Bankının Bakı və Qubada yerləşən filiallarını partlatmaq istəyən radikal islamçı şəxs axtarılır.
BAKU.WS-in məlumatına görə, bu barədə Nərimanov rayon Polis İdarəsindən haqqın.az-a bildirilib. Verilən məlumata görə, radikal islamçı bank filialları ilə yanaşı şiə məscidində də terror aktı həyata keçirməyi planlaşdırır.
Ötən şənbə günü səhər 10.40-da Atatürk prospektindəki taksofondan 102-yə zəng edən naməlum şəxs terror aktları barədə məlumat verib. Eyni gün ərzində 11.22-də Quba rayon Polis İdarəsinə də naməlum şəxs tərəfindən eyni informasiya verilib. Amma bu dəfə Atatürk prospektindəki taksafondan deyil, nisbətən yaxın ərazidəki taksafondan zəng edilib.
Quba rayon Polis İdarəsindən bildirilir ki, şübhəli şəxs hələlik saxlanılmayıb. Polis əməkdaşları indi "telefon terrorçusu"nun şəxsiyyətini aydınlaşdırmağa çalışırlar. Heç bir müşahidə kamerasına düşməyən şəxs haqqında araşdırmalar davam etdirilir.
Bununla belə, Beynəlxalq Bankın Bakıda və Qubada yerləşən filiallarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Fərziyyələrdən birinə əsasən, zəng edən şəxs AMB-in borclu müştərilərindən biridir.
BAKU.WS
Oxşar xəbərlər
"Sahil" metrosunun çıxışında cinayət
Bakı şəhərinin mərkəzində qətl törədilib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında "Sahil" metrosunun çıxış...