Bakıda polis-qız cinayətkarı tutdu
Bakıda polis əməkdaşı olan qız cinayətkarı cinayət başında yaxalayıb.
BAKU.WS-in məlumatına görə, virtualaz.org-a bu barədə Nizami rayon Polis İdarəsindən bildiriblər.
Hadisə dünən axşam saat 20.30 radələrində Qara Qarayev prospektindəki 86 saylı binanın qarşısında aş verib. Naməlum şəxs Bakı sakini, 1951-ci il təvəllüdül Elmira Həsənovanın içərisində 450 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsi olan çantasını əlindan alaraq qaçıb. Hadisənin şahidi olan gənc bir qız onun arxasınca qaçıb və tutaraq əl-qolunu bağladıqdan sonra rayon polisinin əməkdaşlarına təhvil verib. Soradan məlum olub ki, soyğunçunu cinayət başında yaxalayan Nizami Rayon Polis İdarəsi post-patrul xidmətinin kiçik serjantı, 1986-cı il təvəllüdülü Aygün Qurban qızı Səmədovadır.
Artıq onun tutduğu 1986-cı il təvəllüdlü Elçin Nadir oğlu Xudatovun digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda turist qadını zorlamaq istəyən manyakı polis tutdu
Bakıda təcavüzkar az qala Belarusdan olan turisti zirzəmiyə çəkib aparacaqdı. Qızın bəxti gətirib, asayiş keşikçiləri onun yardımına çatıblar. BAKU.WS-in haqqi...