Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü - Bakıda dəhşət
Aprelin 19-da Yasamal rayonunun Azərbaycan prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron rayon sakini Nailə Sadıqova arasında münaqişə baş verib.
BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu zaman N.Sadıqova həmin ərazidə xidmətdə olan Yasamal Rayon Mühafizə İdarəsinin iki əməkdaşını köməyə çağırıb. Polis əməkdaşları E.İbrahimovu intizama dəvət edərkən o, əlindəki şüşə qabda olan kimyəvi məhlulu polis əməkdaşlarının və qadının üzərinə atıb, məhlulun qalan hissəsini isə özü içib.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E.İbrahimov orada ölüb.
Polis əməkdaşlarından birinin vəziyyəti orta ağırdır, digərinə və N.Sadıqovaya tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Rayon prokurorluğunda araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda gecə klubunda rəqs üstündə qan töküldü
Ötən gecə Bakının Nizami rayonu, Neftçilər metrosu yaxınlığında yerləşən "Arbotaj” gecə klubunda müştərilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələn...