Mağazadan elektrik malları oğurlayan şəxs cinayət başında yaxalandı
27
yan
2018
14:53
Cəlilabadda eyni mağazadan ikinci dəfə oğurluq edən şəxs cinayət başında yaxalanıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, ötən il dekabrın 26-da Cəlilabad şəhəri ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşları tərəfindən hadisə yerində müvafiq zəruri tədbirlər keçirilib. Araşdırmalarla həmin mağazadan ümumilikdə 20 ədəd mobil telefon, 2 ədəd kompyuter monitoru, 4 ətçəkən maşın və 1 istilik radiatoru oğurlandığı məlum olub.Faktla bağlı cinayət işi başlanılıb.Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində yanvarın 26-na keçən gecə həmin mağazadan təkrar oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən elə cinayət başında yaxalanıblar.Oğurladıqları mallarla birgə saxlanılaraq Polis Şöbəsinə gətirilən həmin şəxslərin Günəşli kənd sakinləri Raul Quliyev, İsmayıl Quliyev və Murad Əhmədov olduqları məlum olub. Dörd ədəd ətçəkən maşın, 1 şirəçəkən, 1 DVD, 3 mobil telefon, 1 ədəd televizor, 3 fotoaparat, 1 kompyuter monitoru maddi sübut kimi onlardan götürülüb.Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.BAKU.WS
Oxşar xəbərlər
Metroda qadınların telefonunu oğurlayan tutuldu
Metroda cibgirlik edən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə...