Balakəndə silsilə oğurluq edən dəstə zərərsizləşdirilib
20
noy
2017
21:32
Balakən polisi rayon ərazisində məscidlərdən, evlərdən və mağazalardan silsilə oğurluq edən cinayətkar dəstəni zərərsizləşdirib.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının RPŞ-yə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon sakinlərinə məxsus evlərdən, mağazalardan və rayonda fəaliyyət göstərən 6 məsciddən oğurluq edən şəxslərin rayon sakinləri Kamran Musa oğlu Muradov, Tural Lelimad oğlu Lelimadovun və Mehman Nizami oğlu Gəncəyevin olması məlum olub. Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyevin bir araya gələrək qrup şəklində ayrı-ayrı vaxtlarda 12 fakt üzrə cinayət törətdikləri məlum olub. Onların rayon sakinlərinə 4350 manat maddi ziyan vurması müəyyən edilib.Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq məddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri tutuldu (FOTO)
Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərindən pul, tütün məmulatları və digər qiymətl...