“Azercell”in stansiyasından oğurluq edən şəxsi tutdular
16
yan
2016
15:17
"Azercell Telekom”a məxsus stansiyadan oğurluq edən şəxs yaxalanıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin oktyabrında rayon ərazisindəki "Azercell Telekom” şirkətinə məxsus stansiyanın həyətində olan konteynerdən kondisioner oğurlamış rayon sakini Qadir Babayev tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 30-da da həmin stansiyanın həyətindən kondisioner oğurladığı müəyyən edilib. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
“Azərkörpü”də cinayət
"Azərkörpü” Açıq Səhmdar Cəmiyyətindən (ASC) oğurluğa cəhd olub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oğurlu...