Azərbaycanda icra nümayəndəliyinin binasından oğurluq: noutbuk, mikrafon və kameranı apardılar

Azərbaycanda icra nümayəndəliyinin binasından oğurluq: noutbuk, mikrafon və kameranı apardılar
Hadisə 1281

 

Oğuz rayonunda icra nümayəndəliyinin binasından oğurluq edilib.

"Report"un məlumatına görə, hadisə rayonun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasında qeydə alınıb. 

Belə ki, naməlum şəxs və ya şəxslər inzibati binaya daxil olaraq oradan noutbuk, mikrafon və kamera oğurlayıblar. 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıblar. Saxlanılan şəxslərin rayon ərazisində fəaliyyət göstərən, Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd etmələri də məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Babasının evindən qızıl oğurlayan nəvə tutuldu

Babasının evindən qızıl oğurlayan nəvə tutuldu

Ağdamda oğurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, avqust 7-də rayon sakini Əliağa Həsənova məxsus evdən 250...

1225 Hadisə 13:30 09 avqust 2016

Son xəbərlər