Bakıda avtomobil oğruları tutulub

Bakıda avtomobil oğruları tutulub
Hadisə 1541
Bakı şəhərində avtomobil oğurlayan şəxslər saxlanılıb.DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib.Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə isə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub. Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərin oğurlandığı müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb. Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib.Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.BAKU.WS

Oxşar xəbərlər

Füzuli sakini qohumunu güllələdi

Füzuli sakini qohumunu güllələdi

Füzuli Rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS...

1193 Hadisə 12:59 20 yanvar 2018

Son xəbərlər