İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir
Prezident İlham Əliyev ölkənin xarici borcunun ümumi daxili məhsula nisbətində Azərbaycanın dünyada ən aşağı göstəricisi olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən dövlət başçısı uzun illər ölkənin xarici borcunu azalda-azalda getdiyini deyib.
"Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Onu deyə bilərəm ki, inkişaf etmiş bütün ölkələrdə bu ya 100, ya 110, ya da 120 faizdir".
Prezident xatırladıb ki, investisiya forumunda çıxış edərkən bildirib ki, Azərbaycan istəsə 24 saat ərzində borcu sıfırlaya bilər:
"Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq. İqtisadi inkişafımızın daha da sürətlə getməsi üçün biz investisiya layihələrini daha da fəal icra edəcəyik. Ona görə iqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir. Baxmayaraq ki, böyük xərclər gedir, - hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, - biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim".
Oxşar xəbərlər
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
ADA Universitetinin rektoru Hafiz Paşayev CAMCA-nın ümumi gələcəyinə verdiyi əhəmiyyətli töhfəyə görə "CAMCA Forum 2026" mükafatına layiq görülüb. BAKU.WS repor...