Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgiləri başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, sərgilər çərçivəsində müdafiə sənayesi sahəsində müasir silah sistemləri, zirehli texnikalar, pilotsuz uçuş aparatları və kibertəhlükəsizlik avadanlıqları nümayiş etdirilib.
Hər iki sərgidə ümumilikdə 53 ölkədən 280 şirkət və 59 xarici şirkətin nümayəndə heyəti iştirak edib.
İştirakçılar müxtəlif ölkələrin hərbi-texniki potensialını əks etdirən stendlərlə çıxış ediblər.
Sərgi müddətində nümayəndə heyətləri və şirkət rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, hərbi-texniki sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır
Albaniya Orta Dəhlizin 8-ci Panavropa nəqliyyat dəhlizi və Dürres limanı ilə birləşdirilməsində, həmçinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsind...