Azərbaycanda yol polisləri arasında qanlı dava - Biri bıçaqlandı
11
mar
2018
12:38
Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.BAKU.WS criminal.az-a istinadən xəbər verir ki, Rayon Yol Polisi Şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb.O, ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona ilkin yardım göstərilib.Hadisənin səbəbi hələlik məlum deyil.Xəstəxananın baş həkimi Əli Məmmədov bildirib ki, N.Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.Qeyd edək ki, iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.BAKU.WS
Oxşar xəbərlər
Cəlilabadda kütləvi dava: iki qardaş xəstəxanalıq oldu
Cəlilabadda kütləvi dava olub. BAKU.WS APA-ya istinadən nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Privolnoye kəndində baş verib.Hələlik məlum olmayan...