Azərbaycanda film kimi cinayət: 78 və 57 yaşlı bacıları öldürüb evə qaz buraxdılar

Azərbaycanda film kimi cinayət: 78 və 57 yaşlı bacıları öldürüb evə qaz buraxdılar
Hadisə 2180

 

Ötən gün Gəncə şəhəri Abdulla Sur küçəsi, 70 ünvanında 2 qadının dəm qazından zəhərlənərək ölməsi ilə bağlı məlumat təsdiqini tapmayıb, onların qətlə yetirildiyi məlum olub.

BAKU.WS Kəpəz TV-yə istinadla xəbər verir ki, müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər şöbəsinə aparılan meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanıb. 57 yaşlı Rəna Nəbiyeva və onun bacısı 78 yaşlı Zəhra Abdullayevanın boyun və dodaq nayihələrində xəsarət izlərinin olduğu müəyyən edilib. Meyitlər bu gün ailələrinə təhvil verilib. Mərhumların qohumlarından aldığımız məlumata görə, hər iki qadın naməlum şəxs və ya şəxslər tərəfindən boğularaq qətlə yetirilib. Evə daxil olan şəxslərin qadınları öldürdükdən sonra izi itirmək məqsədilə qaz cihazlarını açıq qoyaraq evi tərk etdikləri deyilir. Qadınların qarət məqsədilə qətlə yetirildiyi güman olunur.

Respublika Baş Prokurorluğu da faktı təsdiqləyib. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında Gəncə şəhər Prokurorluğunda 2 və daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə cinayət işinin açıldığını bildirib. Hadisəni törədən şəxs və şəslərin tapılara istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarış tədnirləri davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər