23 yaşlı gənc günvurmadan ölüb

23 yaşlı gənc günvurmadan ölüb
Hadisə 1287

Göygöldə 23 yaşlı oğlan günvurma nəticəsində ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Kənddə tikintidə çalışan Tərtər rayon Sarov kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Orxan Turan oğlu günün altında işlədikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.   İlkin məlumata görə, O. Əliyev günvurmadan dünyasını dəyişib. Ölümün dəqiq səbəbi müayinədən sonra məlum olacaq.   Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 2 qadın intihar etdi

Azərbaycanda 2 qadın intihar etdi

Azərbaycanda iki qadın intihar edib. Hadisənin biri paytaxtda, digəri isə Zaqatalada baş verib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqa...

2372 Hadisə 10:52 20 aprel 2017

Son xəbərlər