Tovuzda 70 yaşlı xəstə aptekə gedərkən yolda dünyasını dəyişib
01
mar
2017
23:33
Tovuz sakini yolda vəfat edib. Hadisə rayonun Avaztəpə kəndində baş verib.
Kənd sakini, 70 yaşlı Zahid Cəlilov avtomobildən düşərək öskürməyə başlayıb və bir müddətdən sonra halı pisləşib. Z.Cəlilov Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.
Məlumata görə, Z.Cəlilov ağ ciyər xəstəliyindən əziyyət çəkirmiş. Onun aptekə gedərkən dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 24 yaşlı qadın boğazı kəsilərək öldürüldü
Tovuzda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazı...