SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli binada yanğın hadisəsi baş verib.
 
BAKU.WS-in FHN-ə istinadən verdiyi məlumata görə, mansard tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 75 m2 sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 55 m2 sahədə yanıb.
 
Hər iki mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.