Sumqayıtda bina yandı - 18 nəfər təxliyyə olundu

Sumqayıt şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kvadrat metr olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 20 kvadrat metr sahədə və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 5 kvadrat metr sahədə əriyib.
Yanğın zamanı mənzillərdən 18 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda bina yandı, 30 sakin təxliyyə olundu
Bakının Binəqədi rayonunda hazırda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyü 720 kv.m sahədə yanıb. BAKU.WS-in Fövqəladə Halla...