Bakıda ər və arvad yanaraq öldü
Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi baş verib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın çoxmənzilli yaşayış binasında qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoya yanmış meyitləri aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Bakıda yanan binadan 20 nəfər təxliyyə olunub (RƏSMİ)
Bakıda yanan bina ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Nizami rayonunda...