Bakıda yanan binadan 20 nəfər təxliyyə olunub (RƏSMİ)

Bakıda yanan binadan 20 nəfər təxliyyə olunub (RƏSMİ)
Hadisə 1192

  

Bakıda yanan bina ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzildən 1 ədəd 5, 1 ədəd 40 litirlik maye qaz balonları və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

Binada yanğın oldu: 15 nəfər təxliyyə edildi

Binada yanğın oldu: 15 nəfər təxliyyə edildi

Gecə saatlarında Abşeron rayonunda yanğın hadisəsi baş verib. FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Abşeron rayonunda çoxmənzilli yaşayı...

956 Hadisə 11:08 31 dekabr 2015

Son xəbərlər