Bakıda dəhşətli yanğın hadisəsi: 2 nəfər xilas edildi, 1 nəfər zəhərləndi

Bakıda dəhşətli yanğın hadisəsi: 2 nəfər xilas edildi, 1 nəfər zəhərləndi
Hadisə 1647

 

Ötən gün axşam saatlarında Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, yanğın hadisəsi Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib.

Mənzilin 1 otağında 1 ədəd yataq dəsti və plastik pəncərə çərçivəsi 0,5 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilib, 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda istirahət mərkəzi yandı

Azərbaycanda istirahət mərkəzi yandı

Qubada yanğın hadisəsi qeydə alınıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xınalıq kəndində vətəndaşa məx...

1181 Hadisə 10:50 21 noyabr 2015

Son xəbərlər