Azərbaycanda muzeydə yanğın
 
                            
                            
                                25
                                okt
                            
                                2015
                                09:27
                            
                            
Azərbaycanda muzeydə yanğın hadisəsi baş verib.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə Qəbələ şəhərindəki Tarix-Diyarşünaslıq muzeyinin eyvanında qeydə alınıb.
Ümumi sahəsi 909 kv.m olan Tarix-Diyarşünaslıq muzeyinin eyvanında elektrik naqilləri 1 p.m və pəncərə çərçivəsi qismən yanıb.
Muzeyin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bir gündə iki maşın yandı
Azərbaycanda bir gündə iki avtomobil yanıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaş...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    