Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək...

Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək...
Açıqlama
Sosial 138

Azərbaycanda tütün məmulatlarından istifadəyə bir sıra ictimai və qapalı məkanlarda məhdudiyyət qoyulub. Bu qaydaları pozan şəxslər isə inzibati məsuliyyətə cəlb oluna bilərlər.

BAKU.WS-in məlumatına görə, siqaret çəkmək inzibati binalarda, iş yerlərində, ictimai nəqliyyatda, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərində, eləcə də kütləvi tədbirlərin keçirildiyi qapalı məkanlarda qadağandır.

Bununla yanaşı, ticarət, ictimai iaşə və məişət obyektləri, ümumi istifadədə olan yaşayış binaları və digər qapalı məkanlarda da tütün məhsullarından istifadəyə icazə verilmir. Qanunla müəyyən edilmiş hallarda isə müəssisələrdə bunun üçün xüsusi yerlər ayrılması mümkündür.

Maraqlı məqamlardan biri parklarda siqaret çəkilməsi ilə bağlıdır. Parkların bütün ərazisində tütün istifadəsinə ümumi qadağa yoxdur. Lakin uşaq və idman meydançalarında siqaret çəkmək qadağandır.

Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək...

Qeyd edək ki, şəxsi avtomobildə siqaret çəkilməsi ilə bağlı ümumi qadağa mövcud deyil. Lakin avtomobil taksi kimi sərnişindaşıma vasitəsi kimi istifadə olunursa, həmin nəqliyyat vasitəsində tütün məhsullarından istifadə etmək olmaz.

Qanunvericiliyə əsasən, qadağan olunmuş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimələnə bilər. Hava nəqliyyatında tütün məmulatlarından istifadəyə görə isə cərimənin məbləği 500 manat təşkil edir.

Digər tərəfdən, siqaret kötüyünün və tütün tullantılarının ətraf mühitə atılması da məsuliyyət yaradır. Bu halda 300 manat cərimə tətbiq oluna bilər. Eyni xəta inzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində təkrar törədilərsə, cərimə 700 manatadək artırıla və ya 60 saatdan 100 saatadək ictimai işlər tətbiq edilə bilər.

Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək...

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, polis əməkdaşları tərəfindən "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun tələblərindən irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılır:

"Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə mütəmadi olaraq monitorinqlər və profilaktik tədbirlər həyata keçirilir.

Qeyd edək ki, qanunla qadağan edilmiş yerlərdə tütün məmulatlarından istifadə edən, tullantılarını ətraf-mühitə atan, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satan şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Bir daha hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, qanunvericiliyin tələblərinə riayət etməyə çağırırıq".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər