Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb

Polis Sabah – Barselona oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
FOTO
Sosial 4

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçirilən "Sabah" – "Barselona" futbol oyunu ilə əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə gücləndirilmiş rejimdə xidmət aparıblar.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, oyunun keçirildiyi və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, azarkeşlərin stadiona giriş-çıxışının təşkili, onların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.

Bununla yanaşı, nəqliyyatın hərəkətində fasiləsizliyin təmin olunması, mümkün sıxlığın qarşısının alınması və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə müvafiq istiqamətlərdə əlavə polis naryadları xidmətə cəlb edilib.

"Polis və Daxili Qoşunların hərbi qulluqçuları qarşılaşma başa çatana və azarkeşlərin mənzilbaşına çatanadək ictimai asayişin qorunması və təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində xidmətlərini davam etdirəcəklər", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. H...

0 Sosial 08:32 26 noyabr 2026

Son xəbərlər