Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Dünya 21

"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna, malına və mülkünə əl uzadırsa, qarşısında bizi, dövləti görəcək".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

"Heç kim bizi başqaları ilə qarışdırmasın. Heç kim bizi milyardlarla lirəlik korrupsiya hallarını müdafiə etmək üçün meydan-meydan, şəhər-şəhər gəzənlərlə müqayisə etməsin. Biz onlara bənzəmirik. Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarıq.

Heç vaxt başqaları kimi haqq yeyənləri müdafiə etmək yoluna getmərik. Aramızdakı fərq məhz budur. Söhbət insanımızın rahatlığından, 86 milyon insanın iqtisadi təhlükəsizliyindən, rifahından və inkişafından gedirsə, bu məsələdə zərrə qədər tərəddüd göstərmərik", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin hakim AK Partiyasının keçmiş sədr müavini və keçmiş nazir Fatma Betül Sayan Kaya və həyat yoldaşı maliyyə bazarlarında (birjada) manipulyasiya və qanunsuz fond əməliyyatları etməkdə ittiham olunurlar. İddialara görə, cütlük daxili məlumatlardan istifadə edərək (insider trading) birjada 163 milyon lirəlik investisiya qarşılığında 2 milyard lirədən çox gəlir əldə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər