Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb.
BAKU.WS "Bakupost"a istinadla xəbər verir ki, görüntülər yayıldıqdan sonra sürücünün kimliyi müəyyənləşdirilib və onunla bağlanmış əmək müqaviləsinə bu gündən xitam verilib.
"Çinar Trans" MMC-dən bildirilib ki, hadisə ilə bağlı digər sürücülərə əlavə təlimat verilib:
"Biz həmin görüntüləri görəndən sonra bütün sürücüləri təlimatlandırmışıq, lazımi tapşırıqlar vermişik ki, sürücü ilə sərnişin arasında heç bir mübahisə, kobud rəftar olmasın. Həmin sürücü ilə bağlı da iclas keçirdik. Onu bu gün işdən azad etdik".
Qeyd edək ki, mübahisəyə sürücünün avtobusa minən sərnişinlərə "Rədd olun, keçin arxaya" deməsi səbəb olub.
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ
Noyabrın 23-ü üçün tibbi-meteoroloji proqnoz açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron...