Bakıda bina yandı, 30 sakin təxliyyə olundu

24
mar
2016
09:58
Bakının Binəqədi rayonunda hazırda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyü 720 kv.m sahədə yanıb.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Yanğın saat 02:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda yanan binadan 20 nəfər təxliyyə olunub (RƏSMİ)
Bakıda yanan bina ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Nizami rayonunda...