Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
23
sen
2026
18:36
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin enerji və gəmiqayırma sahələrində ixtisaslaşmış "Karadeniz Holding"nin İdarə Heyətinin sədri Osman Murat Karadenizlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
Nazir qeyd edib ki, görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib: "Azərbaycanda yaradılmış əlverişli biznes və sərmayə mühiti, həmçinin qarşılıqlı maraq doğuran potensial layihələr barədə fikir mübadiləsi apardıq".
Oxşar xəbərlər
AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb
Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti, yəni Azərbaycan Mərkəzi Bankının sektor qarşısın...