Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı
Vətəndaş sosial şəbəkədə gördüyü elan vasitəsilə əlaqə qurduğu xalçayuma şirkətinə təmizlənməsi üçün verdiyi xalçasını geri ala bilmir.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşın sözlərinə görə, xalçalar bu ilin iyul ayında "Velmora" xalçayuma şirkətinə təhvil verilib. Şirkət xalçaların bir həftə ərzində qaytarılacağını bildirsə də sonradan zənglərə cavab verməyib:
"İyul ayında xalçalarımızı apardılar və bir həftə ərzində qaytaracaqlarını dedilər. Lakin sonradan zənglərimizə cavab vermədilər. Bir müddət sonra üç xalçamızı gətirdilər, amma dəyərli olan bir xalçamız qaytarılmadı. İndi isə deyirlər ki, şirkət bağlanıb, xalça yoxdur, hara istəyirsən, şikayət et".
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, bu kimi hallarda vətəndaş təqsirkarın əməlində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Xalçanın qaytarılması mümkün olmadıqda isə onun dəyərinin və ya dəymiş zərərin ödənilməsi mülki qaydada məhkəmə vasitəsilə tələb oluna bilər.
Məlumata görə, hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır
Bakının 10 rayonunda yerləşən lift, eskalator və travelatorların əsaslı təmiri və dəyişdirilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq. BAKU.WS-in məlum...