Qəzza ilə bağlı YENİ PLAN

Qəzza ilə bağlı YENİ PLAN
Dünya 7

ABŞ Prezidenti Donald Trampın yanında fəaliyyət göstərən Sülh Şurası Qəzza zolağının bərpası üçün 2.45 milyard dollar dəyərində altı aylıq plan təqdim edəcək.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki bu proqram infrastruktur, iqtisadiyyat, rəqəmsallaşma, hüquq sahəsi, sülh və təhlükəsizlik daxil olmaqla altı fərqli istiqamət üzrə 66 layihəni əhatə edir.

Xüsusilə, müvəqqəti sığınacaqların inşası, dağıntıların təmizlənməsi, sərhəd məntəqələrinin və tibb müəssisələrinin təmiri, iqtisadi dirçəliş, həmçinin çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi planlaşdırılır.

Sənəddə qeyd olunur ki, Qəzzaya dəymiş fiziki ziyan 35.2 milyard dollar həcmində qiymətləndirilir. Bölgənin tam bərpası isə on il ərzində təxminən 71.4 milyard dollar tələb edəcək. Altı aylıq layihənin həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaiti isə hələlik tam toplanmayıb.

Portalın məlumatına görə, layihənin uğurla icrası İsrail və HƏMAS arasında əməkdaşlığı zəruri edir. Sülh Şurası bərpa işlərinə İsraildəki parlament seçkilərindən və yeni hökumət qurulduqdan sonra başlamağı hədəfləyir, lakin mövcud siyasi vəziyyət bu gedişatı çətinləşdirə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər