Məşhur aktrisa uşaqlarını götürüb ölkəsini tərk etdi
Məşhur aktrisa və keçmiş model Tuba Ünsal həyatında yeni bir səhifə açıb.
BAKU.WS xəbər verir ki, o, övladlarının təhsili ilə əlaqədar İstanbulu tərk edərək Fransanın paytaxtı Parisə köçüb.
Bu barədə "Günaydın" qəzetinin yazarı Bülent Cankurt məlumat yayıb.
O bildirib ki, bu qərarın arxasında aktrisanın qızı Sare Moliere Liseyinə (Lycée Molière) qəbul olunması dayanır.
Tuba Ünsal Mirgün Cabasdan olan oğlu Civan Merti də götürərək Parisdə məskunlaşıb.
Onun köçmək qərarı sevgilisi Emir Ulusoydan ayrılmasına səbəb olub.
Bununla da sənətçi həm doğma şəhəri İstanbul ilə vidalaşıb, həm də təxminən iki ildir davam edən sevgisini sonlandırıb.
Qalereya
Oxşar xəbərlər
Həmkarı Kadir İnanırın vərəsələrini "Cəsəd yeyən qarğalar" adlandırdı
Məşhur teatr və kino aktrisası Meral Çetinkaya, mərhum həmkarı Kadir İnanırın günlərdir davam edən miras bölgüsündən danışıb. BAKU.WS xəbər verir ki, o jurnali...