3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA
"Çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının beşdən üçə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim olunub".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, təkliflərdə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur:
"Bu dəyişiklik qəbul edilərsə, həmin ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi mümkün olacaq. Belə ailələrdə hər uşağa görə aylıq müavinət ödənilməsi, həmçinin valideynlərin daha erkən pensiyaya çıxması təklif edilir.
Layihədə üç uşaqlı ailələr üçün pensiya yaşının 3 il, dörd uşaqlı ailələr üçün 4 il, beş və daha çox uşağı olan ailələr üçün isə 5 il azaldılması nəzərdə tutulur.
Mövcud meyarın dəyişdirilməsi daha çox ailənin dövlət sosial dəstəyindən yararlanmasına imkan verə bilər. Bu addımın eyni zamanda üç və daha çox uşaqlı ailələrin sosial təminatının gücləndirilməsinə və ölkədə təbii artımın stimullaşdırılmasına xidmət edəcəyi gözlənilir. Təkliflərlə bağlı Milli Məclisdə müzakirələrin aparılması gözlənilir".
Orxam Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib
Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası "Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edi...