AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb

AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb
İqtisadiyyat 26

Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti, yəni Azərbaycan Mərkəzi Bankının sektor qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq bu il avqust ayının sonuna 6,3 milyard manata çataraq ötən ilin dekabr ayı ilə müqayisədə 2,2 dəfə artıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, bu şəraitdə təminatsız pul bazarı üzrə bençmark faizlər bir qədər azalmağa meyil edib.

Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin iyul ayında 6,39 %, avqust ayında 6,28 %, sentyabr ayının ötən dövründə isə 6,02 % olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. AMB likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir.

Bu əməliyyatların payı avqust ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 70,8 % təşkil edib. Bununla yanaşı, AMB-nin not portfelinin məbləği də avqust ayının sonuna ötən ilin sonu ilə müqayisədə 4 dəfədən çox artıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər