Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oktay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamının icrası zamanı bildirib.
Onun sözlərinə görə, Penitensiar xidmətin Lənkəranda olan müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Fransa vətəndaşıdır:
"Naxçıvandakı cəzaçəkmə müəssisəsindən 2, Lənkərandakı cəzaçəkmə müəssisəsindən də 2 nəfər olmaqla ümumilikdə 4 əfvə düşən şəxs cəzalarının çəkilməmiş hissəsindən azad olunub və sərbəst buraxılıb".
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.
Oxşar xəbərlər
Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü
Sumqayıtda qayınatasının evində yaşayan kişi həyat yoldaşını döyüb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış mas...