"Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub

Şəfa komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub
İdman 19

Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün "Şəfa" komandasının planı bəlli olub.

BAKU.WS xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.

5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib. Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.

Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə "Şəfa"nın rəqibi "İmişli" olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər