Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ

Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ
Foto
Hadisə 90

Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .

Qeyd edək ki, Əmrah Nağıyev bır sıra yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib.

Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Avtobusların iştirakı ilə baş verən ağır QƏZALAR

Avtobusların iştirakı ilə baş verən ağır QƏZALAR

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ictimai nəqliyyatın fasiləsiz hərəkəti ilə bağlı sürücülərə müraciət edib. NİİM-dən BAKU.WS-ə v...

128 Hadisə 10:15 23 sentyabr 2026

Son xəbərlər