Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzə Hüseynov saxlanılıb. Ondan 40 kiloqram narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.
Araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
Yaşayış evindən 75 500 manat məbləğində pul oğurlayan şəxslər saxlanılıblar. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildi...