Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
DİN Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.
Hadisə yerindən "Makarov" markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
Oxşar xəbərlər
Mbappe Dembele ilə münasibətlərindən danışdı: "Heç bir problem yoxdur"
Fransa millisinin və "Real Madrid"in hücumçusu Kilian Mbappe komanda yoldaşı Usman Dembele ilə arasında gərginlik olması barədə yayılan xəbərlərə münasibət bild...