Bakıda mənzildə bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında iki azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bağlı qapı arxasında qalan azyaşlılar mənzilin giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olmaqla yatmış vəziyyətdə aşkar olunan 2018 və 2019-cu il təvəllüdlü iki uşağı yaxınlarına təhvil veriblər.
Oxşar xəbərlər
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
Paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Konqres Mərkəzində tüstülənmə baş verib. Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Əraziyə FHN-n...