Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı

Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı
Dünya 77

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib.

BAKU.WS "A Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib, daha 4 nəfər yaralanıb.

Məlumatı Turgutlu Bələdiyyə sədri Çetin Akın təsdiqləyib.

Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar davam etdirilir.

***10:01

Türkiyədə məktəbə silahlı hücum olub.

BAKU.WS NTV-yə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Turqutlu rayonunda baş verib.

Məlumata görə, silahlı hücum nəticəsində yaralananlar var.

Hücum nəticəsində 4 şagirdin yaralandığı bildirilir.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər