6 hava limanında uçuşlar təxirə salındı - Minlərlə sərnişin hava limanında qaldı
ABŞ-nin 6 əsas hava limanında uçuşlar təxirə salınıb.
BAKU.WS xəbər verir ki, buna səbəb Filadelfiyadakı hava hərəkətinə nəzarət mərkəzində baş verən texniki nasazlıq olub.
Sistemdə yaranan problem, aralarında Nyu-Yorkun ən böyük aeroportlarının da olduğu 6 strateji nöqtədə uçuşların müvəqqəti dayandırılmasına və minlərlə sərnişinin saatlarla hava limanlarında gözləməsinə səbəb olub.
Yaranmış nasazlıqdan sonra "Newark Liberty", "Philadelphia International", "John F. Kennedy" (JFK), "LaGuardia", "Teterboro" və "Westchester County" hava limanlarında uçuşlara məhdudiyyətlər qoyulub.
FAA rəhbəri Brayan Bedford problemin Filadelfiyadakı idarəetmə obyektinin əsas rabitə dövrəsindəki nasazlıqla başladığını açıqlayıb.
Əsas sistem sıradan çıxdıqdan sonra ehtiyat xəttə keçid cəhdi edilsə də, Nyu-Cersidəki fiber-optik xəttin kəsildiyi məlum olub.
ABŞ-nin Nəqliyyat naziri Şon Daffi məsələyə münasibət bildirərək, fiber-optik xəttin Nyu-Cersidə aparılan tikinti işləri zamanı ehtiyatsızlıqdan zədələndiyini vurğulayıb. Bu səbəbdən avtomatik işə düşməli olan ehtiyat rabitə sistemi də tamamilə yararsız hala gəlib.
Uçuşların mərhələli şəkildə bərpa olunacağı bildirilib.
Oxşar xəbərlər
Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı - ŞÜBHƏLİ SAXLANILDI
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Manisa Valiliyi...