Pavloqradın azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub

Pavloqradın azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub
Foto
Dünya 29

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hücum zamanı bir neçə dron idarənin rəisin otağı istiqamətini hədəf götürüb.

Otaq və bütün mərtəbə tamamilə sıradan çıxıb.

R. Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə, xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat olmayıb.

Vəliyev Rüstəm Elçin oğlu 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər