Lalə Azərtaşdan Londonda oxuyan qızları ilə bağlı paylaşım
Aparıcı Lalə Azərtaş sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o Londonda təhsil alan qızları Solmaz və Gülara ilə yeni fotosunu paylaşıb.
Azərtaş fotoya övladları ilə bağlı xoş arzularını qeyd edib:
"Üçümüz birlikdə çox xoşbəxt, əzmkar və güclüyük. Eyni gündə üç fərqli başlanğıc, üç ayrı yol, amma bir ürək. Qızlarım, yolunuz açıq, addımlarınız uğurlu olsun. Həyat qarşınıza gözəl insanlar, doğru seçimlər və böyük uğurlar çıxarsın.bDəyişməyən bir tövsiyəm, bir həqiqətimiz var: Biz azərbaycanlıyıq. Harada yaşamağınızdan, hansı uğurlara çatmağınızdan asılı olmayaraq, kim olduğunuzu, haradan gəldiyinizi, sizi böyüdən torpağı heç vaxt unutmayın. Dünyanı tanıyın, öyrənin, yüksəlin, amma Azərbaycanı həmişə ürəyinizdə daşıyın".
Qeyd edək ki, Lalə Azərtaşın hər iki qızı Böyük Britaniyada ali təhsil alır. Solmaz Bayramlı Böyük Britaniyanın "University of Brighton" universitetində "Marketinq ixtisası üzrə biznesin idarə edilməsi" (Business Management with Marketing) ixtisası üzrə təhsil alır. Gülara Bayramlı isə təhsilini Böyük Britaniyanın London şəhərində yerləşən nüfuzlu ali məktəblərdən birində davam etdirir.
Oxşar xəbərlər
Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu
Məşhur model Adriana Lima uzun müddətdən sonra görünüşü ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o xeyli çəki ataraq fit və qüsursuz bədəni ilə marağa səbəb o...