Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi
Ağdaşda silahlı insident baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.
Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə. yetirib.
Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.
Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə. Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.
Oxşar xəbərlər
Sabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 198...