Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq"

Rüfət Nasosnu: Razıyam ki, biz həddi bir az aşmışıq
Video
Şou-biznes 30

Meyxanaçı Rüfət Nasosnu həmkarl Balaləli ilə Xosrov Maştağalı arasında toyda baş verən davaya münasibət bildirib.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə yayımladığı videoda meyxananın toylardan ləğv olunması ilə bağlı səsləndirilən fikirlərə etiraz edib:

"Bu yaxınlarda toyların birində baş verən mübahisədən sonra sosial şəbəkələrdə "Meyxana toylardan ləğv olunmalıdır" fikrinə münasibət bildirmək istəyirəm. Əvvəla, bir neçə hadisəyə, bir neçə nəfərə görə bütün sənət ləğv olunmalıdır fikri ilə razı deyiləm.

İstənilən sahədə, toylarda söz-söhbət olur. Yəni müğənnilər, xanəndələr, musiqiçilər, aparıcılar arasında mübahisə olur. Sıravi vətəndaşlar, qonaqlar arasında da mübahisə düşür. Nə edək, toyu ləğv edək? Bu yaxınlarda kino işçiləri arasında da mübahisələr olub. Bu, hər sahədə ola bilər.

Düzdür, mən razıyam ki, biz həddi bir az aşmışıq. Meyxana söz sənətidir. Aqressivlik, yumor, satira öz yerində, sərt deyişmə də ola bilər. Yenə də deyirəm ki, düz olmayıb, iş bir az həddi aşıb. Ona görə də mən özüm meyxana deyənlər arasında öz adımdan üzr istəyirəm. İnşallah ki, hər şey yerində olar.

Meyxana deyənlər öz təhsillərinə, savadlarına, xalqa, dövlətə, millətə necə lazımlı olduqlarını, necə layiq olduqlarını göstəriblər. İnanın mənə, hər ailədə söz-söhbət olduğu kimi, meyxanada da olur. Mən gözləyirdim ki, böyük ustadlar fikrini bildirərlər. Onlar da bildirmədilər. Hər kəs öz problemi ilə məşğuldur. Meyxananın problemi ilə məşğul olan yoxdur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Zaur Kamalın səhhətində problem yarandı

Zaur Kamalın səhhətində problem yarandı

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə paylaşım edib. Klinikada sistem köçürən Zaur virusa y...

128 Şou-biznes 12:02 20 sentyabr 2026

Son xəbərlər