Dərs saatları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA
"Hazırda dərs saatlarının dəyişdirilməsi ilə bağlı hər hansı qərar yoxdur".
BAKU.WS xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə aid keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bunun üçün davamlı monitorinqlər və müzakirələr aparılır.
O cümlədən, valideynlərin iş saatları, uşaqları məktəbə qoyduqdan sonra işə çatmaq məsələləri nəzərə alınır.
"Ali təhsil müəssisələri ilə bağlı isə müəyyən monitorinqlər aparılır. Təhlillərə uyğun qərarlar veriləndə ictimaiyyətə açıqlanır. Hazırda bununla bağlı hansısa bir qərar yoxdur" -deyə nazir əlavə edib.
Zöhrə Pənah
Oxşar xəbərlər
AAYDA: "Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır"
Mehdiabad-Diğah–Məmmədli avtomobil yolunun Məmmədli qəsəbəsi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edil...