Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılış mərasimi keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 21-də PAŞA Holding, SOCAR və İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılış mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, "AZEMBA" proqramı Azərbaycanda liderlik bacarıqlarının inkişafına, insan kapitalını gücləndirilməsinə və beynəlxalq təcrübənin ölkəyə gətirilməsinə töhfə verməyi hədəfləyir.
Proqram çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, süni intellekt, dayanıqlı inkişaf, innovasiya, liderlik və müasir idarəetmə kimi istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanan təhsil alacaqlar. "AZEMBA" proqramı azərbaycanlı peşəkarların qlobal akademik və biznes ekosisteminə inteqrasiyasına, eləcə də ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
Piyada keçidini zəbt etdilər, maneələri də sındırdılar
Bakıda sürücülər piyada keçidindəki maneələri sındıraraq avtomobillərini park edirlər. Bu barədə görüntülər BAKU.WS-ə daxil olub. Atatürk parkından Ayna Sultano...