Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə gecə 70-75 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.
Oxşar xəbərlər
Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər"
Saray qəsəbəsində yerləşən Bəxtiyar Vahabzadə küçəsinin sakinləri ərazidə yolların yararsız vəziyyətdə olmasından narazıdırlar. BAKU.WS Baku TV-yə istinadən xəb...