Bakıda baş verən güclü yanğın söndürülüb
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 95 m² olan dördotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
*** 16:04
Bakıda yaşayış binasında güclü yanğın başlayıb.
BAKU.WS Bizim.media-ya istinadən xəbər verir ki, yanğın Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
Qaxda yol qəzasında xəsarət alan qadın Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan Gülnarə Cəfər...