Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
20
sen
2026
11:28
Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həmin onlardan 3 723-nün məşğulluğu təmin olunub, o cümlədən, 560 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Sakinlərdən 144 şəxs isə peşə hazırlığına cəlb edilib.
Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA
Saat 10:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli int...