Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik
Bu gün Azərbaycan tarixində dövlət suverenliyimizin tam bərpasını ifadə edən əlamətdar gündür.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
"2023-cü il sentyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu", - o xatırladıb.
M. Cabbarov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: "Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh və firavanlıq arzulayırıq. Bu tarixi nailiyyət uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik".
Bu gün #Azərbaycan tarixində dövlət suverenliyimizin tam bərpasını ifadə edən əlamətdar gündür.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 20, 2026
2023-cü il sentyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və… pic.twitter.com/sTZRKD8bf0
Oxşar xəbərlər
Zibil konteynerləri niyə çatışmır? - Bakıda sakinlərin şikayətinə rəsmi cavab
Son günlər məişət tullantılarının atılması üçün nəzərdə tutulan zibil konteynerləri ilə bağlı şikayətlər artır. Bu məsələdə sakinlər təbii olaraq müvafiq quruml...